Milli Şura mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib

Milli Şura noyabrın 10-a təyin etdiyi mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.
 
Bu barədə açıqlamasında Milli Şuranın üzvü, qurumun mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev bildirib.
 
O. Gülalıyev deyib ki, keçən həftənin sonunda Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətdə Milli Şuranın noyabrın 10-da Yasamal rayonundakı keçmiş “Məhsul” stadionunda “Siyasi məhbuslara azadlıq” şüarı ilə mitinq keçirmək barədə qərar qəbul etdiyi qeyd olunub.
 
Xatırladaq ki, Milli Şuranın Koordinasiya Şurasının oktyabrın 29-da keçirilən toplantısında noyabrın 10-da mitinq keçirməklə bağlı qərar verilib.

Google+ WhatsApp ok.ru