İran səfirliyi DAK-la bağlı Azərbaycan hökumətinə müraciət etdi

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi bəyanat yayaraq Bakı şəhərində DAK tərəfindən təşkil olunmuş toplantıya etirazını bildirib. Səfirliyin mətbuat xidmətindən Maide.az-a daxil olan məlumatda bildirilir ki, xalq kütləsinə söykənməyən, siyasi yeri olmayan və dövlət himayəsindən məhrum bu kiçik dəstə təcriddən qurtulmaq üçün belə toplantılar təşkil edir".
 
Bəyanatda daha sonra deyilir: "Bu toplantıda uzun illər boyu İran və Azərbaycan xalqlarının düşmənlərinə xidmət göstərməklə tanınan şəxslər indi də iki dost və qardaş ölkə arasında münasibətlərin genişlənməsini hədəf alaraq sionizm mediası ilə birlikdə iki millətin dostluq əlaqələrini zəiflətmək və separatçı düşüncələrin yayılması ilə məşğul olublar.
 
Xoşbəxtlikdən iki ölkənin xalqı və rəhbərlərinin agahlığı, diqqəti sayəsində düşmənlərin provakasiyaları netrallaşıb, iki ölkə arasında münasibətlər genişlənməkdədir.
 
İran səfirliyi bu bəyanatda separatçı dəstənin İran İslam Respublikasına qarşı hörmətsizliyinə dözmədiyi, həmçinin diplomatik və qanuni yollarla böyük İran xalqı və xüsusilə də bu ölkənin qeyrətli azərbaycanlılarına qarşı edilən təhqirə hüquqi qiymət verilməsi məsələsini gündəmdə saxlayacağını bildirir.
 
İran İslam Respublikası öz ölkəsində Azərbaycan əleyhinə bu kimi toplantıların təşkil edilməsinə icazə vermir və Azərbaycan Respublikasının dövlət rəsmilərindən də İranın ərazi bütövlüyünü sual altına alan bu kiçik separatçı dəstə ilə qanun çərçivəsində davranacağını gözləyir.” 

Google+ WhatsApp ok.ru