İran və Venesueladan Rusiyaya “xilas kəməri” – “neft 100 dollar olsun”

İki nəhəng neft ölkəsi dünya bazarında neftin qiymətlərini 100 dollara qaldırmaqla bağlı razılaşıblar

İran və Venesuela hökumətləri dünya bazarında neftin qiymətini 100 dallara qaytarmaqla bağlı razılaşma əldə ediblər. Maide.az xəbər verir ki, bu barədə “Rusiyanın səsi” məlumat yayıb. Xəbərdə bildirilir ki, İranın neft naziri Bican Namdar Zəncani və Venesuela xarici işlər naziri Rafael Ramirez dünya bazarında neftin qiymətini 100 dollara geri qaytarmaqla bağlı anlaşma əldə ediblər. Eyni zamanda OPEC ölkələrinə də bununla bağlı çağırış ediblər.
 
İran mediasının xəbərinə görə, ötən gün Tehranda baş tutan görüşdən sonra nazirlərin yaydığı birgə açıqlamada OPEC ölkələrini “dünya bazarındakı mövcud durumu sabitləşdirmək üçün əməkdaşlığı daha da genişləndirmənin önəmini” lazım gəldi qeyd olunur.
 
Tehranda olan Venesuela xarici işlər naziri Ramirez isə neftin qiymətlərinin çox ucuz olduğunu və qeyri-sabitliyin dünya neft bazarına üzv olan heç bir ölkəyə fayda verməyəcəyini düşündüklərini deyib.

Google+ WhatsApp ok.ru