Rublun qiymətdən düşməsi qızılın ucuzlaşmasına səbəb olub

Nyu-Yorkda qızılın qiyməti təxminən 2 faiz ucuzlaşıb.
 
Qızılın unsiyasının qiyməti 1210 dollardan 1190,6 dollara qədər enib.
 
Treyderlər qiymətli metalın ucuzlaşmasına Federal ehtiyatlar sisteminin bu gün başlayacaq iclasının yekununa görə ABŞ-ın pul-kredit siyasətində gözlənilən sərtləşmənin və rublun qiymətdən düşməsinin səbəb olduğunu düşünürlər.
 
Onların fikrincə, Rusiya milli valyutasının ucuzlaşmasının qarşısını almaq üçün ehtiyat fondundan qiymətli metalın satışına başlayacaq. Bu da qızıl bazarında təklifin artmasına və qiymətlərin daha da enməsinə səbəb ola bilər.
 

Google+ WhatsApp ok.ru