Benzin niyə ucuzlaşmır? (VİDEO)

Azərbaycanda “Premium” markalı benzinin qiymətinin aşağı düşməsi məsələsi gündəmə gəlib. 
 
Artıq Rusiyada bu növ yanacağın qiyməti aşağı salınıb. Qiymətlərin bizdə enib -enməyəcəyini isə ölkəmizdə bu yanacağın satışını təşkil edən şirkətlərdən öyrəndik. 
 
Lukoyl şirkəti Rusiyada satdığı benzinin qiymətini aşağı salıb. Şirkət bu addımı dünya bazarlarında neftin qiymətinin ucuzlaşması ilə izah edib. Amma maraqlıdır ki, eyni şirkətin Azərbaycandakı məntəqələri qiymətləri dövlət tərəfindən tənzimlənməyən ”Premium” yanacağının qiymətini aşatı salmayıb. Bunun səbəbini Lukoyl onunla izah edir ki, şirkət benzini xaricdən yox, ölkə daxilində alır. əgər satıcı qiyməti salsa, onlar da bu addımı atacaqlar.
 
“Premium”un satışı ilə məşğul olan Azpetrol şirkəti isə qiymət artımını yaxın vaxtlarda gözləmir. Şirkətdən bildirirlər ki, hazırda satılan benzin əslində bir neçə ay əvvəl baha qiymətə alınıb. Buna görə də onun qiyməti endirilə bilməz. Üstəlik “Premium”a olan tələbat da təxminən 30% aşağı düşüb. amma növbəti partiyanı aldıqda qiymət edirimi ola bilər. Bu isə ən tezi martda baş verə bilər.
 
SOCAR- dan verilən açıqlama isə belə oldu ki, “Premium” yanacağının qiyməti tələb və təklif əsasında tənzimlənir. Bazarın vəziyyətindən asılı olaraq gələcəkdə bu məsələyə baxıla bilər. Sonuncu dəfə “Premium” markalı yanacaq okytabrda 2 qəpik ucuzlaşıb. həmin vaxt yanacaqdoldurma məntəqələri qiyməti 97 qəpikdən 95 qəpiyə salıb.

Google+ WhatsApp ok.ru