Rusiya: ABŞ İŞİD-ə qarşı Suriya ilə əməkdaşlıq etməyə məcburdur

Rusiyanın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi ABŞ-ın İŞİD əleyhinə koalisiyasına işarə edərək bildirib ki, Vaşinqton rəhbərliyi bu mövzuda Suriya hökuməti ilə konsensus təmin etmək məcburiyyətindədir.
 
Maide.az-ın məlumatına görə, Vitali Çurkin belə danışıb: "Vaşinqton İŞİD-ə qarşı yaratdığı koalisiyada müvəffəqiyyətli ola bilməyəcək. Əgər həqiqətən müvəffəqiyyətli olmaq istəyirsə, bunun bir yolu var: Bu mövzunu Suriya hökuməti ilə əməkdaşlıq və razılaşma içərisində icra etsin. Başqa çıxış yolu yoxdur. Rusiya ən başından bəri bölgə və dünya üçün əsl təhdidin terror olduğunu söyləyirdi. Ancaq ABŞ Bəşşar Əsəs rəhbərliyini devirmək üçün səy sərf edirdi. ABŞ indiki zamanda beynəlxalq qanunlara əməl etməli və İŞİD təşkilatına qarşı yaradılan koalisiya mövzusunda atacağı addımları Dəməşq hökumətinin təsdiq və dəstəyini alaraq icra etməlidir."

Google+ WhatsApp ok.ru