Rusiyanın Dağlıq Qarabağı qaytarması Ermənistandan asılı deyil

"Bəzi siyasətçilər hesab edirlər ki, Rusiya indi Azərbaycanı Avrasiya İqtisadi Birliyinə üzv etməyə çalışır, ənam kimi Dağlıq Qarabağı Azərbaycana qaytaracaq və bu məsələdə Ermənistandan heç nə asılı deyil."

SalamNews xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında bildirib.

O deyib ki, həqiqətən Ermənistandan heç nə asılı deyil. Ermənistan Xarici İşlər Nazirliyinin Silahlanmaya nəzarət və Beynəlxalq təhlükəsizlik idarəsinin rəisi Samvel Mkrtçyan Ermənistan prezidenti Serj Sərkisyanı və müdafiə naziri Seyran Ohanyanı ifşa edən açıqlama yayıb: "Son vaxtlaradək prezident və müdafiə naziri Rusiyanın Azərbaycana silah satmasına münasibət bildirərkən həmişə xüsusi olaraq qeyd edirdilər ki, Rusiya Azərbaycanla imzaladığı bütün silah müqavilələri barədə dərhal Ermənistanı məlumatlandırır. Avrasiya İqtisadi Birliyinə üzv olmağa cəhd edən Ermənistan bu qurumun bütün şərtlərini yerinə yetirdiyini Baş nazir O.Abramyan rəsmən bəyan etdi. Avrasiya İqtisadi Birliyinin əsas tələbi Ermənistanla Dağlıq Qarabağ arasında gömrük poçtlarının qurulmasıdır. Demək, bu şərt yerinə yetirilib."

Google+ WhatsApp ok.ru