Rusiya XİN: `Rusiya Yəməndə humanitar atəşkəsin bərqərar olunmasına təkid edir` 11 İyun 2015 01:00 Yəmən Rusiyanın Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir ki, rəsmi Moskva Yəmənə humanitar yardımın çatdırılması üçün, bu ölkədə humanitar atəşkəslərin bərqərar olunmasına təkid edir. "RIA Novosti"nin verdiyi xəbərə görə, Rusiyanın xarici işlər nazirinin müavini Sergey Boqdanov Beynəlxalq Qırmızı Xaç Komitəsinin Yəmən üzrə missiyanın rəhbəri Sedrik Şvaytseri qəbul edib. Şvaytser bir müddət sonra bu posta öz fəaliyyətini başa vurur. "Görüşdə Yəməndə baş verən ağır humanitar vəziyyət müzakirə olunub. Bununla yanaşı Yəmənə humanitar yardımın daimi çatdırılmasına imkan verən humanitar atəşkəslərin bərqərar olunması mövzusu da müzakirə olunub", - deyə Rusiyanın Xarici İşlər Nazirliyindən bildiriblər. Rusiya XİN Beynəlxalq Qırmızı Xaç Komitəsinin Yəmən baş verən humanitar böhranla bağlı atdığı addımları yüksək qiymətləndirib./ Teqlər : #Rusiya XİN: `Rusiya Yəməndə humanitar atəşkəsin bərqərar olunmasına təkid edir`, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yəmənlilər Ərəbistanın Şürfə hərbi bazasını ələ keçirdilər Yəmən ordusu Ərəbistanın cənubunda bəzi bölgələrə nəzarəti ələ keçirib
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'