Sənaye istehsalı 29% azalıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda sənaye istehsalı həcmi 5 mlrd 792 mln manat təşkil edib, bu da cari qiymətlərlə 2014-cü ilin ilk rübündən 29% (2 362 mln manat azdır).
 
Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə sənaye istehsalı həcmi stabil qiymətlərlə 3,9% artıb. Başqa sözlə, statistik artım buraxılan məhsulun artımı hesabına yüksəlib.
 
Qeyri-neft sektorunda sənaye istehsalı həcmi 1 mlrd 850,7 mln təşkil edib, bu da müqayisə olunan qiymətlərdə 2014-cü ilin yanvar-mart aylarından 9% çoxdur. Martda sənaye istehsalı fevralla müqayisədə 12,8% artıb.
 
Hasilat sənayesinin payına 58,7%-i (2014-cü ilin eyni dövründə - 71,8%), emal sənayesinin payına 30,9% (21%) düşüb və s. 

Google+ WhatsApp ok.ru