Səna və Yəmənin digər şəhərləri amansızcasına bombalanır

Səudiyyə Ərəbistanının Yəmənə təcavüzünün 24-cü günüdür.
 
Maide.az-ın məlumatına görə, "Əl-Həds" televiziyası Ərəbistan qırıcılarının Yəmənin Təiz və İb şəhərlərinin səmasında uçuşlar keçirdiyini bildirib. Məlumatda bildirilir ki, Ərəbistan qırıcılarının Səna, Təiz, Sədə və Şəbuh şəhərlərində Husilərin mövqelərinə hücumları yenidən başlayıb. 
 
Səna əhalisi isə Səudiyyə Ərəbistanının Yəmənə təcavüzü və BMT Təhlükəsizlik Şurasının Husilərə qarşı mövqeyinin pislənilməsi istiqamətində əl-Təğyir meydanında aksiya keçirib. Baxmayaraq ki, beynəlxalq ictimaiyyət sükutunu pozmaq və bu etirazçıların səsini eşitmək niyyətində deyil. 

Google+ WhatsApp ok.ru