Səudiyyə Ərəbistanı qırıcıları Yəmənə hücumları davam etdirir

Maide.az-ın məlumatına görə, Səudiyyə Ərəbistanı Yəmənə təcavüzkar əməliyyata son qoymağa dair bəyanatın olmasına baxmayaraq, çərşənbə günü gecə Sədə vilayətinin əl-Səbbə və əl-Həsamə məntəqələrini raket hücumuna məruz qoyub. 
 
Səudiyyə Ərəbistanı qırıcı təyyarələri də əl-Bəəq məntəqəsini və Ləhic vilayətinin əl-Hutə şəhərini bombardman ediblər.
 
Səudiyyə Ərəbistanının Sənaya hücumları çərşənbə günü Yəmən xalqının səudiyyəli təcavüzə qarşı aksiya keçirməsi ilə eyni zamanda başlayıb və Sənanın cənubunda bir neçə məntəqə, o cümlədən Fəcc Ətan məntəqəsi hədəfə alınıb. 
 
Sənada aksiyaçılar "Allah-Əkbər", "Amerikaya ölüm!", "İsrailə ölüm!" və "Ali-Səuda ölüm!" şüarları səsləndiriblər. 
 
Bu aksiya Fəcc Ətan və Ərəbistanın Yəmənin digər məntəqələrdəki cinayətlərinə etiraz əlaməti olaraq keçirilib. 
 
Yəmən Ənsarullah Hərəkatının sözçüsü deyib: ""Kəskin Tufan" adlanan təcavüzkar əməliyyata son qoyulmasının elan olunmasına baxmayaraq, Səudiyyə Ərəbistanının Yəmənə təcavüzü davam edir." 
 
Məhəmməd Əbdüssalam bu təcavüzlərin tam şəkildə dayandırılması və Yəmənin mühasirəsin son qoyulmasını vurğulayaraq BMT-nin nəzarəti altında Yəmənin müxtəlif partiyaları arasında müzakirələrin yenidən başlamasını istəyib. 
 
Ənsarullah Hərəkatının sözçüsü deyib: "Ərəbistan tayfa və qəbilə çəkişmələrini alovlandırmaq üçün əl-Qaidədən silah kimi istifadə edir."

Google+ WhatsApp ok.ru