Səudiyyə rejimi Yəmənə quru qüvvə göndərməkdən qorxur 25 Aprel 2015 01:00 Yəmən Misirin əl-Fərain televiziyası Səudiyyə Ərəbistanın Yəmənə quru qüvvə yeritməkdən imtina etməsinin səbəbini açıqlayıb. Maide.az xəbər verir ki, Misirin əl-Fərain telekanalı bildirib ki, Səudiyyə Ərəbistan ordusu Husilərlə döyüşmək üçün Yəmənə öz quru qüvvəsini göndərmək fikrindən daşınıb. Çünki Ərəbistanın quru qüvvələrinin Yəmən kimi ölkədə döyüşmək təcrübəsi yoxdur. Əl-Fərain telekanalı əlavə elan edib ki, Yəmənin ərazisi elə bir formadadır ki, bu ölkənin ordusu istisna olmaqla heç bir ölkənin quru qoşunları bu ərazidə döyüşə bilməz və əgər Səudiyyə Ərəbistanı Yəmənə quru qüvvələrini göndərərsə, onların hamısının ölüm xəbərini almağı gözləməlidir. Səudiyyə rejimi Yəmənə hava hücumlarını dayandırdığını elan etsə də, hələ də bu ölkəyə hücumlarını dayandırmayıb. Ərəbistan həmçinin zəruri köməkləri daşıyan təyyarə və gəmiliərin Yəmənin hava zolağı və sahillərinə yaxınlaşmasının qarşısını alır. / Teqlər : #Səudiyyə rejimi Yəmənə quru qüvvə göndərməkdən qorxur, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bəhreynlilər Ərəbistanın Yəmənə təcavüzünü pislədilər Livanda maraqlı Yəmən aksiyası: Hər kəs bu ölkədə baş verən qətliamı özü təsvir edir-Foto
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'