Səud rejiminin təyyarələri Yəməni yenə bombaladı

Yəmənin müxtəlif regionları dünən Ali Səud rejimi döyüş təyyarələrinin hücumuna məruz qalıb.
 
Maide.az Yəmən mediasına istinadən xəbər verir ki, Səudiyyə döyüş təyyarələrin dünən axşam Taiz vilayətinin cənubunda yerləşən Saleh şəhərini bir neçə dəfə bombalaması nəticəsində onlarla mülki vətəndaş ölüb və yaralanıb.
 
Sədə əyalətinin də Ərəbistan artilleriyasının atəşinə məruz qalması nəticəsində bir neçə mülki evdə dağıntı baş verib.
 
Bu arada təkfirçi İŞİD terrorçu qruplaşması Yəmənin Ləhəc əyalətində 700 il tarixi olan Ömər ibn Əli əl-Səqəfin türbəsini də partlayıcı maddələrlə dağıdıb.
 
Hücumlara cavab olaraq Yəmən ordusu və xalq komitələri də sərhəd bölgəsində yerləşən Ərəbistan bazalarını "Katyuşa" ilə hədəf alıblar.
 
Ləhəc əyalətindəki qarşıdurmalarda 14 Səudiyyə piyadası öldürülüb.

Google+ WhatsApp ok.ru