Səudiyyə Ərəbistanın Yəmən xalqına qarşı təcavüzü davam edir

BMT-nin nəzarəti altında Yəmənli qruplar arasında sülh danışıqlarının yeni dövrünün başlanmasına az qalmış bir zamanda Səudiyyə Ərəbistan qırıcıları dünən və bu gün Yəmənin müxtəlif  bölgələrini bombardman edib.
Maide.az xəbər verir ki, Ali-Səud qırıcıları bu gün paytaxt Sənada Ətan məntəqəsini , həmçinin Hədidə vilayətində yerləşən Xuxə limanını iki dəfə bombardman edib. 
Səudiyyə rejimi qırıcılarının Təiz vilayətinə olan hücumları zamanı isə 9 yəmənli həyatını itirib. 
Səudiyyə qırıcıları Yəmənin dövlət televiziyasının binasını bir neçə dəfə bombardman edib. 
Yəməndən daxil olan məlumatlara görə, Yəmənli qüvvələr Ərəbistan ordusunun Cizan vilayətində Darül Nəsr hərbi bazasını yəmənli qüvvələrin nəzarəti altından çıxartmaq üçün səyləri boşa çıxıb.  Bu əməliyyat zamanı Ərəbistan ordusunun 2 ədəd tankı və bir ədəd Hammer tipli hərbi maşını qənimət olaraq Yəmənlilər tərəfindən ələ keçirilib. /
 

Google+ WhatsApp ok.ru