Səudiyyə Ərəbistan qırıcıları Yəməni bombalayıb, dinc sakinlərdən ölənlər var

Səudiyyə Ərəbistan qırıcıları Yəmənin şimalında Cof əyalətini bombalayıb, 2 nəfər həlak olub , 6 nəfər yaralanıb. 
 
Maide.Az xəbər verir ki, Ərəbistan qırıcıları Cof əyalətinin Həribul-Qəramiş bölgəsində dinc sakinlərin evlərini hədəf alıb.
 
Ərəblərin Yəmənin Ləhəc əyalətinə raket hücumları nəticəsində isə 6 dinc sakin həlak olub. Həmçinin Hotəşəhərində bir ailənin dörd üzvi dünyasını dəyişib. 
 
Səudiyyə rejimi bir ildən çoxdur ki, Yəmənin dinc əhalisinə qarşı  hava hücumları həyata keçirir.  
 
Yəmən  rəsmiləri bildiriblər ki, Səudiyyə rejimi daha çox dinc əhalini bombalayır. Indiyədək 9  min  500 nəfər Yəmənli  həyatını itirib. /
 
 
 
 

Google+ WhatsApp ok.ru