Səudiyyə qırıcıları məktəbi vurdu, 50 məktəbli  həlak olub- YENİLƏNİB

Səudiyyə qırıcıları məktəbi vurdu, 50 məktəbli həlak olub- YENİLƏNİB

Səudiyyə Ərəbistanının hərbi-hava qüvvələrinin təyyarələri Yəməndə, Sadə şimal-qərbin yerləşən dini məktəbə zərbə endiriblər, aviazərbə nəticəsində azı 50 məktəbli həlak olub.
 
***
 
Səudiyyə Ərəbistanı rejimi qırıcıları Yəmənə təcavüzünün davamında Sadənin Hidan bölgəsində məktəbi bombalayıb.
 
Maide.Az xəbər verir ki, hücum zamanı ən az 10 məktəbli həyatını itirib və ondan çox məktəbli isə yaralanıb. 
 
Yəmən xəbər qaynaqlarının məlumatına görə, hücumda yaralanan uşaqların bəzisinin vəziyyəti çox ağırdır. 
 
Təcavüzkar Səudiyyə rejim qırıcıları bu gün Yəmənin Ümran, Taiz, Sadə, Sana və Marib bölgələrində müxtəlif yerləri dəfələrlə bombalayıb. 
 
Taiz bölgəsindəki hücumlar zamanı1 dinc sakin həlak olub, 3 dinc sakin isə yaralanıb. 
 
Sadənin Berkan bölgəsində qırıcıların atdığı bombalar nəticəsində 6 dinc sakin həlak olub, bir neçəsi isə yaralanıb. 
 
 

Google+ WhatsApp ok.ru