Sərhədsiz Həkimlər: Yəmənin şimalında 6 xəstəxanada fəaliyyıtimizi dayandırırıq

Sərhədsiz Həkimlər: Yəmənin şimalında 6 xəstəxanada fəaliyyıtimizi dayandırırıq

Təcavüzkar Səudiyyə Ərəbistan rejiminin son həftələrdə  Yəməndəki xəstəxanaları bombalamasının ardından  Sərhədsiz Həkimlər elan edib ki,  Yəmənin şimal bölgəsində olan 6 xəstəxanadan işçilərini geri çağırır.

Maide.Az xəbər verir ki, Sərhədsiz Həkimlər bəyanat yayaraq bildirib ki, Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiyanın ölümcül hücumlardan çəkinməəsi və hücumları davam etdirməsinə görə, Sərhədsiz Həkimlər Təşkilatı  Saadə  və Hacca  əyalətlərindəki  xəstəxanaları (6 xəstəxana)  xəstələr və  həkimlər üçün təhlükəli hesab edir.

Sərhədsiz Həkimlər koalisiya qüvvələrinə kordinatların verilməsinə rəğmən yenə bombardman olunmasını beynəlxalq hüquqa zidd adlandırıb. Sərhədsiz Həkimlər həmçinin Səudiyyə Ərəbistanın  xəstəxananı səhvən vurması iddiasını da qəbul olunmaz  adlnadırıb. 

Qeyd edək ki, işğalçı Ərəbistan qırıcıları bazar ertəsi günü Hacca  əyalətində Abas xəstəxanasını bombaladı. Bu hücum nəticəsində biri həkim olmaqla 19 nəfər həyatını itirdi və 24 nəfər yaralandı.

Saada və Hacca bölgəsində 17 ayda 4 xəstəxananın yerlə-yeksan olunduğunu qeyd edən təşkilat bir çox əhəmiyyətli cərrahın, uşaq həkiminin həlak olduğunu bildirib. (presstv)

 

Google+ WhatsApp ok.ru