Səud rejimi qüvvələri Yəməni yenidən bombalayıb

Səud rejimi qüvvələri Yəməni yenidən bombalayıb

Səudiyyə Ərəbistanını rejiminin rəhbərlik etdiyi hərbi koalisiya təyyarələrinin Yəmənin mərkəzi hissəsində avtomobil karvanına endirdiyi zərbə nəticəsində 7 dinc sakin həlak olub.

"Report"un məlumatına görə, bu barədə "Frans Press" agentliyi məmurlardan birinə istinadən xəbər verib.

Agentliyə məlumat verən hərbi məmurun sözlərinə görə, hadisə Taiz şəhəri yaxınlığında olub. Koalisiya qüvvələri nəqliyyat vasitələrinə hava zərbələri endirib. Zərbələrə məruz qalan avtomobillərdən üçü Husilərə məxsus olub.

Məlumata görə, şəhər xəstəxanalarından 7 dinc sakinin cəsədi çıxarılıb.

Həmçinin aviazərbələr zamanı 14 nəfər xəsarət alıb. /

Google+ WhatsApp ok.ru