Serj Sarkisyan Berlində etirazla qarşılanıb

Almaniyaya rəsmi səfər edən Ermənistan prezidenti Serj Sarkisyanı Berlində yüzlərlə azərbaycanlı protest edib. 
 
Maide.az-ın “lent.az”a istinadən verdiyi məlumata görə, Almaniyanın baş nazirlik binasının qarşısında əllərində Azərbaycan bayraqları, ingilis və alman dillərində hazırlanmış şüarlarla Ermənistan prezidentini protest edən etirazçılar onun Qarabağda, Xocalıda soyqırım törətdiyini, uşaq qatili olduğunu vurğulayıblar, Qarabağın Azərbaycan torpaqları olduğuna dair şüarlar səsləndiriblər. 
 
Yüzlərlə azərbaycanlı "Sarkisyan terrorist!" deyə qışqırıb. 
 

Google+ WhatsApp ok.ru