İslam İnkişaf Bankı Tacikistana 70 milyon dollar vəsait ayırıb

İslam İnkişaf Bankı və Tacikistan arasında əməkdaşlıq haqqında saziş imzalanıb
İslam İnkişaf Bankı enerji paylayıcı şəbəkəsi layihəsinin həyata keçirilməsini təmin etmək məqsədi ilə Tacikistan hökümətinə 70 milyon ABŞ dollarında vəsait ayırmaq qərarına gəlib. 
Maide.az  xəbəbr verir ki, «CASA 1000» adlı enerji xətlərinin ölkənin bir sıra bölgələrinə çəkilməsi layihəsinin icrası üçün Tacikistan dövlətinə 350 milyon ABŞ dolları vəsait tələb olunur ki, hökümət indiyədək kreditlər və investisiyalar hesabına qeyd edilən vəsaitin 314 milyon dollarını təmin edə bilib.
Bu yaxınlarda İslam İnkişaf Bankı həmin ölkə ilə saziş imzalayıb. Bu sazişə əsasən, Bank sözügedən layihənin icrası üçün 70 milyon ABŞ dolları ayırır.
Bu saziş, Beynəlxalq Bank və Beynəlxalq Valyuta Fondunun 9-11 oktyabrda Perunun paytaxtı Limada keçirilən birgə illik toplantısı çərçivəsində əldə olunub.
Qeyd edilən layihənin məqsədi, Tacikistan və Qırğızıstandan pakistan və Əfqanıstana elektrik enerjisinin ötürülməsi və ixracı, həmçinin İslam ölkələri arasında regional əməkdaşlığı gücləndirməkdir.
Bu layihənin 2020-ci ildə tamamlanacağı gözlənilir. Layihənin ümumi dəyəri təxminən 1 milyard ABŞ dolları qiymətləndirilir. /
 

Google+ WhatsApp ok.ru