SOCAR Rumıniyada yeni YDM açdı

SOCAR bu gün Rumıniyanın Sibiu şəhərində yeni yanacaqdoldurma məntəqəsi açıb.
 
Bu barədə Maide.az-a SOCAR-dan bildirilib.
 
Geniş torpaq sahəsinə malik YDM-də Benzin-95, Dizel Euro-5 və Super Dizel tipli yanacaq məhsullarının satışı həyata keçirilir. Məntəqədə quraşdırılmış 3 sayğac 4 kiçik və 2 böyük avtonəqliyyat vasitəsinin eyni zamanda yanacaqla təmin edilməsinə şərait yaradır.
 
Digər YDM-lərdə olduğu kimi, burada da müştərilərə “Nar” kafedə ənənəvi Azərbaycan məhsulları, 24 saat pulsuz internet xidməti təqdim olunur. Qeyd edək ki, SOCAR Rumıniyanın artıq 15 regionunda - Botoşan, Suçeava, Nyamts, İaşi, Bihor, Buzau, Bakau, Vrancea, Timiş, İlfov, Kluj, Valcea, Arad, Bistritsa-Nasaud və Sibiuda yanacaqdoldurma məntəqələrinə malikdir.
 
Xatırladaq ki, yeni yanacaqdoldurma məntəqəsi Rumıniyada “SOCAR” brendi altında fəaliyyət göstərən sayca 32-ci YDM-dir.

Google+ WhatsApp ok.ru