2014-cü ildə Azərbaycanda 800-ə yaxın obyekt və müəssisə özəlləşdirilib

2014-cü ildə kiçik özəlləşdirmə formasında 770-dən çox müəssisə və obyekt, 650-yə yaxın obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib.
 
Bu sözləri Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov 2014-cü ilin yekunlarına həsr olunmuş tədbirdə bildirib.
 
Komitə sədrinin sözlərinə görə, 530-dan çox qeyri-yaşayış sahəsi və 400-dən çox torpaq sahəsi hüquqi və fiziki şəxslərə icarəyə verilib.
 
Xatırladaq ki, səhmlərin özəlləşdirilməsi üzrə keçirilmiş 52 pul hərracında 33 səhmdar cəmiyyətin səhmləri özəlləşdirilib. İnvestisiya müsabiqəsi vasitəsilə özəlləşdirilmiş müəssisələrə 28,2 milyon manat məbləğində investisiya qoyulub.

Google+ WhatsApp ok.ru