Səudiyyənin aviazərbəsində yaranan bu mənzərə qəlbləri riqqətə gətirdi - FOTO

Səudiyyənin aviazərbəsində yaranan bu mənzərə qəlbləri riqqətə gətirdi - FOTO

Səudiyyə Ərəbistanın hərbi təyyarələri Yəmənin paytaxtı Sənanın şimal-şərqində Nəhim bölgəsinə şiddətli hava zərbələri endirib.
 
İslaminSesi.info əl-Məsira telekanalına istinadla xəbər verir ki, ötən gün endirilən bu hava zərbəsi nəticəsində onlarla uşaq və qadın yaralanıb və həlak olub.
 
Bölgədə əl-Fəllah adlı məktəbin yaxınlığına endirilən hava zərbəsində məktəblilər də həlak olub. Onların çoxunun vəziyyəti ağırdır.
 
Hava zərbəsindən sonra həlak olan məktəbli qızlardan birinin görüntüləri Səudiyyə Ərəbistanına qarşı qəzəb və hiddəti daha da artırıb.
 
Səudiyyə Ərəbistanı və koalisiyası 2015-ci ilin martından başlayaraq, Yəməndə legitimliyi dəstəkləmək bəhanəsilə bu ölkəyə hücuma keçib. /
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru