Ötən ay Azərbaycanda 0,2% inflyasiya qeydə alınıb

Bu ilin yanvar ayında 2014-cü ilin dekabrına nisbətən ərzaq məhsullarının qiymətləri 0,4% bahalaşıb.
 
Maide.az Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, qeyri-ərzaq malları və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri dəyişməyib, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri 0,2% bahalaşıb.
 
Ay ərzində mal, qoyun və toyuq əti, yumurta, qarğıdalı yağı, balıq məhsulları, limon, portağal, banan, göyərti, çuğundur, kökün qiymətlərində ucuzlaşma, düyü, buğda unu, qarabaşaq yarması, kolbasa məmulatları, zeytun yağı, süfrə marqarini, alma, armud, heyva, nar, xurma, üzüm, qoz, fındıq, şabalıd, kələm, xiyar, pomidor, kartof, soğan, sarımsaq, çay, şəkər, duzun qiymətlərində isə bahalaşma müşahidə olunub.

Google+ WhatsApp ok.ru