Türkiyə-Azərbaycan arasında sərbəst ticarət imkanı yaradıla bilər

Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi bu gün Bakıda Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ilə görüşüb.
 
Türkiyəli nazir bildirib ki, "Türkiyə dünyada Avropa İttifaqı ilə Gömrük İttifaqı olan yeganə ölkədir".
 
"Hal-hazırda Türkiyənin xarici ticarətinin 40%-i Avropa İttifaqı ölkələrinin payına düşür. Lakin kənd təsərrüfatı məhsullarının idxal-ixracını Avropa İttifaqı ilə sərbəstləşdirmədik.  Bu istiqamətdə addım atacağıqsa, ilk olaraq yalnız qardaş ölkə olan Azərbaycanla edəcəyik", - deyə N. Zeybekçi bildirib.
 
Saytın verdiyi məlumata görə, türkiyəli nazir bu gün Azərbaycan baş nazirinin müavini Abid Şərifov ilə, daha sonra türkiyəli iş adamları ilə görüşəcək.

Google+ WhatsApp ok.ru