Tehranda Şimal-Cənub dəhlizi ilə bağlı koordinasiya şurasının görüşü keçiriləcək

Dekabrın 20-21-də İranın paytaxtı Tehran şəhərində “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı yaradılmış koordinasiya şurasının görüşü keçiriləcək".
 
APA-Economics”in məlumatına görə, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib. O bildirib ki, Şimal-Cənub layihəsi Azərbaycan üçün çox əhəmiyyətlidir: “Bildiyiniz kimi, Şimal-Cənub layihəsinin bir hissəsi İrandan başlayıb, Helsinkidə yekunlaşır. Bu layihə beş min kilometr məsafəni əhatə edir. Bu dəhliz Azərbaycan üçün çox vacib dəhlizdir. İran və Rusiya arasında il ərzində 10 milyon ton yük, Avropa ilə Hindistan arasında isə 25 milyon ton yük daşınır. Bu yüklərin böyük əksəriyyəti dəniz vasitəsilə daşındığından 45-60 gün müddət tələb olunur. Lakin bu yüklər Azərbaycan üzərindən daşınarsa, daha rahat başa gələcək. Çünki Şimal-Cənub layihəsi çərçivəsində Azərbaycan üzərindən daşınma ən yaxın yollardan biridir”.
 
C. Qurbanov əlavə edib ki, birinci mərhələ çərçivəsində Azərbaycan Astarasından İran sərhədinə qədər 8 kilometrlik yol çəkiləcək, 100 metr uzunluğunda körpü inşa olunacaq. /

Google+ WhatsApp ok.ru