Texniki nasazlıq: 1,4 milyon avtomobil geri çağırılır

“Fiat Chrysler” şirkəti 1,4 milyon avtomobili geri çağırıb.
Maide.az xəbər verir ki, “Fiat Chrysler” şirkəti avtomobillərə “internet piratlarının radio üzərindən müdaxilə edəcəyi” ilə bu addımı atdığını açıqlayıb.
Bu məqsədlə, 2015-ci model “Jeep Cherokee”, “Grand Cherokee”, “Dodge Challenger” və “Viper” avtomobilləri geri çağırılıb və ehtimal edilən problemin qarşısının alınması üçün təhlükəsizlik tədbirləri görüləcəyi bildirilib.
Şirkət geri çağırılan avtomobillərin kompyuter sistemlərinin təhlükəsizliyinin gücləndiriləcəyini açıqlayıb.
Qeyd edək ki, bu açıqlamadan sonra “Fiat Chrysler” şirkətinin birja bazarındakı hissələri 1,5 faiz dəyər itirərək 15,32 dollara geriləyib./

Google+ WhatsApp ok.ru