Türkiyə XİN başçısı İsrailin cinayətləri barədə yazdı 24 İyul 2014 01:00 Siyasət “İsrailin Qəzzada törətdiyi vəhşiliklər araşdırılmalı və beynəlxalq ictimaiyyətə təqdim olunmalıdır” Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu İsrailin Qəzza zolağında apardığı əməliyyatları insanlığa qarşı addım adlandıraraq, buna son qoymağa çağırıb. Ə. Davudoğlu öz “Twitter” səhifəsində yazıb ki, İsrailin Qəzzada törətdiyi vəhşiliklər dərhal araşdırılmalı və nəticələr beynəlxalq ictimaiyyətə təqdim olunmalıdır. Nazir bildirib ki, Türkiyənin təşəbbüsü ilə başlayan bu proses davam edəcək: “Biz BMT İnsan Hüquqları Şurasının İsrailin hərbi cinayətlərinin araşdırılmasına dair qərarını alqışlayırıq”. Qeyd edək ki, BMT İnsan Hüquqları Şurası İsrailin hərbi cinayətlərinin araşdırılması prosesinin başlanılmasını nəzərdə tutan qərar qəbul edib. Teqlər : #Türkiyə XİN başçısı İsrailin cinayətləri barədə yazdı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycan və İran arasında yeni sənəd imzalanacaq Sarkisyandan geriyə addım
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video