Azərbaycan və İran arasında yeni sənəd imzalanacaq 24 İyul 2014 01:00 Siyasət Iranın Azərbaycandakı səfir Möhsin Pakayin Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovla görüşüb. Bu barədə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib. Görüşdə tərəflər iki ölkə arasında rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlıqların artırılmasının zəruriliyindən danışıb və əməkdaşlıqların gələcək perspektivi haqda müzakirə aparıblar. Görüşdə Əli Abbasov İrana sonuncu səfəri haqda danışıb və bu ölkənin rəsmiləri ilə keçirdiyi görüşlərin səmərəli olduğunu bildirib: "İki ölkə arasında rabitə və informasiya texnologiya sahəsində əməkdaşlıqların artırılması üçün sənəd hazırlanıb və yaxın gələcəkdə imzalanacaq". Görüşdə İranın Azərbaycandakı səfiri Möhsin Pakayin də öz növbəsində iki ölkənin özəl sektorunda çalışan şirkətlərin əməkdaşlıqlarının artırılmasının zəruriliyindən danışıb. O bildirib ki, yaxın gələcəkdə İranınn rabitə və informasiya texnologiyaları sahəsində çalışan tanınmış şirkətlərindən təşkil olunmuş nümayəndə heyəti Bakıya gələcək. Qeyd edək ki, Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov iyun ayında İrana rəsmi səfərə getmiş və bir sıra görüşlər keçirmişdi.maide.az Teqlər : #Azərbaycan və İran arasında yeni sənəd imzalanacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İranın Azərbaycandakı səfiri: “Beynəlxalq təşkilatları Qəzzada baş verənlərə biganə qalmamağa çağırırıq” Türkiyə XİN başçısı İsrailin cinayətləri barədə yazdı
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video