Uilyam Lahue: “NATO Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”

NATO son günlər Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən gərginlikdən narahatdır. Bunu NATO-nun Cənubi Qafqazda əlaqələndirici nümayəndəsi Uilyam Lahue jurnalistlərə açıqlamasında deyib. 
 
U. Lahue NATO-nun Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini söyləyib və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə tərəfdar olduqlarını vurğulayıb. O bildirib ki, münaqişədə gərginliyin yaranması tək Azərbaycan və Ermənistan üçün deyil, bütün regionun sabitliyi üçün təhlükədir və hər iki tərəf bu gərginliyi aradan qaldırmaq üçün tədbirlər görməlidir. 

Google+ WhatsApp ok.ru