UNISEF Yəmənə 33 tonluq tibbi yardım göndərdi

UNISEF Yəmənə 33 tonluq tibbi yardım göndərdi

BMT-nin Uşaqlara Yardım Fondunun (UNICEF) Yəmənə göndərdiyi tibbi yardım materiallarının paytaxt Sənaya çatdığı bildirilib.
 
UNICEF-in Yəməndəki sözçüsü Məhəmməd Əl-Əsadi, mətbuata verdiyi açıqlamasında, 33 tonluq tibbi yardım materiallarını daşıyan iki yük təyyarəsinin Beynəlxalq Səna Hava Limanına endiyini bildirib.
 
M.Əsədi vəba xəstəliyinin müalicəsində istifadə ediləcək tibbi ləvazimatların epidemiyadan ən çox təsirlənən bölgələrə çatdırılacağını qeyd edib.
 
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, 27 apreldən indiyə qədər Yəməndə vəba virusuna görə 1713 nəfər dünyasını dəyişib.
 
Yəməndə iki ildən artıq bir müddətdir davam edən münaqişələr səbəbilə, ölkə daxilində evlərindən didərgin salınmış, təxminən 3 milyon insan təmiz içməli su çatışmazlığı və tullantı sularının birləşməməsi nəticəsində hər gün vəbaya yoluxma təhlükəsilə üz-üzə qalır. (deyerler) /

Google+ WhatsApp ok.ru