UNİCEF: Səudiyyə ordusunun hücumu 1400 uşağın həyatına son qoyub 01 Fevral 2017 02:00 Yəmən Səudiyyə Ərəbistanının hərbi müdaxiləsi nəticəsində Yəməndə səhiyyə sahəsində 10 illik təcrübə məhv edilib. Bu barədə Beynəlxalq Uşaq Fondu olan UNİCEF hesabat hazırlayıb. Hesabatda göstərilib ki, Səudiyyə Ərəbistanına məxsus hərbi təyyarələrin bombardmanı Yəməndə uşaqların həyatı üçün böyük təhlükə yaradıb. UNİCEF-in Yəməndəki nümayəndəsi Meritxell Relano çərşənbə günü Cenevrədə bəyanatı səsləndirərkən bildirib ki, Səudiyyə ordusu onların 10 illik təcürəsini yox edib: "Səhiyyə sisteminin müharibə və iqtisadi böhran səbəbindən pozulması 10 il bizi geriyə atıb. Yəməndə səhiyyə sahəsindəki 10 illik təcrübəmizi itirmişik. Ölkədə sağlam doğulan hər 1000 körpədən 63-ü 5 yaşına çatmadan ölür. Halbuki bu rəqəm 2014-ci ildə 55-ə düşmüşdü. BMT-nin Yəməndə humanitar məsələlər üzrə koordinatoru Cimi Mc Goldric isə qeyd edib ki, bu ölkədə yalnız 3 ay yetəcək qədər buğda ehtiyatı qalıb. UNİCEF-in hesabatında həmçinin göstərilir ki, Səudiyyə Ərəbistanının təşkil etdiyi hücumlar ucbatından Yəmən xalqına yardım etmək üçün ən azı 236.5 milyon dollara ehtiyac var və bu rəqəm bu günə qədər tapılmayıb. Səudiyyə ordusunun Yəmənə hücumlarının başlamasından 22 ay keçməsinə baxmayaraq təxminən 1400 uşaq həyatını itirib. Yəmənə hücumlar zamanı aralarında qadın və uşaqların da olduğu 11 min 400 yəmənli dünyasını dəyişib. (faktxeber) / Teqlər : #UNİCEF: Səudiyyə ordusunun hücumu 1400 uşağın həyatına son qoyub , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru BMT: Səudiyyə Ərəbistanının Yəməndəki hücumları hərbi cinayət sayıla bilər Əl-Qaidə terrorçuları Yəmənin 3 şəhərini işğal etdi
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'