Valyuta satılıb, amma kimə və nə qədər məlum deyil

Fevralın 26-da Mərkəzi Bank növbəti valyuta hərracını keçirib. Bu haqda bankın saytı xəbər yayıb.
 
Xəbərə görə, Mərkəzi Bank 24 banka 50 milyon ABŞ dolları məbləğində vəsait satıb.
 
Xatırladaq ki, bu xəbərdə diqqət çəkən məqam budur ki, indiyə qədər Mərkəzi Bankın hərraclarla bağlı mətbuata açıqlamalarında hərraca nə qədər valyuta çıxarıldığı, nə qədərinin satıldığı, sifarişlərin təminatının neçə faiz ödəndiyi haqda məlumatlar yer alardı.
 
Bu hərracdan öncəki hərracda bankların tələbatının cəmi 45%-nin ödənməsi haqda informasiya müstəqil ekspertlər tərəfindən Mərkəzi Bankın bankların valyuta tələbatını ödəyə bilməməsi kimi dəyərləndirilmişdi.
 
Görünür, indi banklara nə qədər valyuta satılması haqda informasiya verilməməsilə Mərkəzi Bank ona sərf etməyən şərhlərdən kənar qalmaq istəyir.

Google+ WhatsApp ok.ru