Yəmən və Fələstində Səud rejiminə etiraz edilib 04 Aprel 2015 01:00 Yəmən Yəmənin qərbində yaşayanlar Səudiyyə Ərəbistanın bu ölkəyə hücumuna etiraz ediblər. Maide.az xəbə rverir ki, Hadidə vilayətinin sakinləri təşkil etdikləri aksiyada, Səudiyyənin ölkələrinə hücumunu pisləyərək, yəmənliləri Ər-Rriyada qarşı birləşməyə və milli dialoq görüşlərinin keçirilməsinə çağırıblar. Nümayişçilər Səudiyyə Ərəbistanının Yəmənin infrastruktur, obyektləri və günahsız vətəndaşlarını hədəf aldığını bildiriblər. Nümayişçilər həmçinin beynəlxalq aləm, Təhlükəsizlik Şurası, insan haqları və uşaq hüquqlarını müdafiə edən beynəlxalq təşkilatlardan Yəmən xalqına dəstək üçün hərəkətə keçmələrini istəyiblər. Başqa bir aksiya isə Fələstində keçirilib. İordan çayının qərb sahilində yaşayan Fələstinli bir qrup Səudiyyə Ərəbistanının vəhşi hücumlarına məruz qalan Yəmən xalqına dəstək nümayişi keçirib. Fələstinli nümayişçilər Səudiyyə Ərəbistanın Yəmən müqavimətinə dəstək əvəzinə, onları hədəf aldığını, Suriyada da İŞİD və Nusra Cəbhəsi kimi terrorçu qruplara dəstək vermək vasitəsilə Suriya hakimiyyətinə zərbə vurmağa çalışdığını bildiriblər. Fələstinli nümayişçilər Səudiyyə Ərəbistanının Fələstin məsələsini unutdurmaq məqsədilə Yəməni bombaladığını söyləyiblər. Teqlər : #Yəmən və Fələstində Səud rejiminə etiraz edilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru General Nakdi: `Ərəbistan şahzadələrini Səddam Hüseynin taleyi gözləyir` Misir prezidenti Səudun təklifini rədd etdi
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'