Yəmən paytaxtında Səudiyyənin hücumuna qarşı kütləvi mitinq keçirilib 11 Aprel 2015 01:00 Yəmən Ötən gün Yəmənin paytaxtında və digər əyalətlərdə 100 mindən çox insan Səudiyyə Ərəbistanın hücumlarına qarşı irimiqyaslı aksiyalar və nümayişlər keçiriblər. "Əl-Məsira" telekanalının verdiyi xəbərə görə, kütləvi nümayişlərin yekun bəyanatında, beynəlxalq ictimaiyyətdədən Səudiyyə Ərəbistanın hücumunun qarşısının alınması və ər-Riyad və müttəfiqlərinin hüquq normaları və beynəlxalq qanunlara uyğun məhkum edilməsi tələb olunub. Bəyanat həmçinin yəmənliləri hücum qaşısında vahid və mübariz olmağa çağırıb. Qeyd edək ki, Səudiyyə Ərəbistanın hücumu ötən gün də davam edib. Səudiyyə təyyarələri ötən gün paytaxt Sənada müdafiə nazirliyinin binasını vurub. Əmran, Səda, Şəbva əyalətlərində də hava hücumları qedə alınıb. Yəməndə quruda gedən döyüşlər isə Ədən və Mərib əyalətlərində baş verib. Məribdə ordu qüvvələri və husilər "əl-Qaidə" nəzarətində olan bir bölgəni alıb. Ədən şəhərinin müxtəlif rayonları son sutkada da husilər, Əli Abdullah Saleh və onlara tərəfdar ordu qüvvələri ilə Abdu-Rabbih Mansur Hadinin tərəfdarları arasında döyüşlərin şahidi olub. Səudiyyə Ərəbistanı bu şəhəri intensiv olaraq hava və sudan vurur. Bu arada Yəmənə hücum edən körfəz ərəb ölkələrinin BMT Təhlükəsizlik Şurasına qaldırmaq istədikləri məsələ hələ də baş tutmayıb. Məlumata görə, Rusiya və körfəz ölkələri sözügedən layihənin bir çox bəndlərində razılığa gəlməyiblər. Teqlər : #Yəmən paytaxtında Səudiyyənin hücumuna qarşı kütləvi mitinq keçirilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru BQXK ilk yardım yükünü Yəmənə göndərdi İranın müxtəlif şəhərlərində Yəmən xalqını himayə aksiyaları keçirilib
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'