Yəmən sərhədində səudiyyəli hərbi qüvvələr öldürülüblər 28 Aprel 2015 01:00 Yəmən Maide.az xəbər verir ki, "Əlminar" informasiya kanalının məlumatına görə, Yəmənin Həmdan bin Zaid qəbiləsinin köçəri tayfalarından bir qrupu dünən gecə Səudiyyə qüvvələrinin Ərəbistanın Nəcran məntəqəsində bu ölkənin sərhədlərindəki hərbi xətlərdən keçərək, bir qrup səudiyyəli əsgəri və yüksək rütbəli bir zabiti patrul zamanı öldürüblər. Yəmənli mənbələr qeyd ediblər ki, Həmdan bin Zaid qəbiləsinin döyüşçüləri səudiyyəlilərin kəskin artilleriya və aviasiya hücumlarına baxmayaraq, sərhədlərdəki bazalarına geri dönüblər. Digər tərəfdən, Yəmən ordusu xalq komitələrinin dəstəyi ilə Təəz şəhərinin mərkəzində Əlqaidə ünsürlərinə qarşı geniş irəliləyişlərə nail olublar. Onlar silahlı şəxsləri mərkəzi təhlükəsizlik idarəsi, mərkəzi bank və hərbi xəstəxanadan çıxara biliblər. Ərəbistan ötən həftə Yəmənin müdafiəsiz xalqına 27 gün divan tutduqdan sonra bu ölkədəki hərbi əməliyyatlarının bitdiyini bildirdi. Amma, atəşkəsin elan olunmasından cəmi iki saat sonra Ərəbistanınn təcavüzkar təyyarələri bir daha Yəmənin infrastrukturları və yaşayış massivlərini hədəfə aldılar. Bu təcavüzlərdə indiyədək yüzlərlə qadın və uşaq daxil olmaqla minlərlə sivil həlak olub və yaralanıbdır. Teqlər : #Yəmən sərhədində səudiyyəli hərbi qüvvələr öldürülüblər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Husilər vəhabi kralı hədələdi Yəmən ordusu Əl-Qaidənin qalasına doğru gedir
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'