Yəmən ordusu Səudiyyə Ərəbistanın hərbi mövqelərini atəşə tutdı 06 İyun 2015 01:00 Yəmən Səudiyyə Ərəbistanın Cizan bölgəsindəki sərhəd hərbi bazaları Yəmən ordusu və xalq komitələrinin raket hücumlarına məruz qalıb. Maide.az xəbər verir ki,Yəmən ordusu və Ənsarullaha bağlı xalq komitələri 80 raketlə Ərəbistanın Cizan sərhəd bölgəsindəki hərbi mövqelərini atəşə tutub. Hələlik səudiyyəli hərbçilərin tələfatı barədə məlumat yayılmayıb. Yəmənin yerli dairələri bu ölkə ordusunun Ərəbistanın sərhəd bölgələrinə raket hücumunun Səudiyyə rejiminin Yəmənə hava təcavüzlərinə cavab olaraq həyata keçirildiyini bildiriblər. Səudiyyə Ərəbistanı öz cinayətlərinin davamında bu gün günortadan sonra Həccə vilayətinin Heyran məntəqəsində yəmənli didərginlərin düşərgəsini bombalayıb. Nəticədə 8 nəfər həlak olub 50-dən çox sivil insan yaralanıb. Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiyanın sözçüsü Əhməd əl-Əsiri bildirib ki, Yəmən Ənsarullahının ən azı 300 Skad raketi var./ Teqlər : #Yəmən ordusu Səudiyyə Ərəbistanın hərbi mövqelərini atəşə tutdı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yəməndə öldürülənlərin sayı 2 mini keçdi Seyid Həsən Nəsrullahın Yəmən xalqının müdafiəsi üzrə iclasa müraciəti
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'