Yəməndə mübarək ayla əlaqədar atəşkəs elan edildi 17 İyun 2015 01:00 Yəmən Yəməndə müharibə edən tərəflər BMT-nin sponsorluğu ilə keçirilən sülh danışıqlarında atəşkəsin vacib olmasına razılaşıblar. BMT-nin Yəməndəki xüsusi elçisi İsmail Ould Şeyx Əhməd deyib ki, hazırda detallar üzrə müzakirələr aparılır. Müxtəlif siyasi fraksiyalar arasında fikir ayrılıqlarını həll etməyə çalışırıq. Ancaq tərəflər hələ də danışıqlar masasından imtina edir, fərqli məsələlər irəli sürürlər. Yəmənin cənubundakı separatçı dəstə liderlərindən olan Qaleb Al-Mutlak bildirib ki, müzakirə olunan atəşkəs iyunun 18-də Ramazan ayı ilə başlayıb bir ay çəkəcək. Digər detallar üzrə də müzakirə olunur. Xatırladaq ki, ötən ilin sentyabrında İranın dəstəklədiyi husi qüvvələri paytaxt Sananı tutub, prezident Abd-Rabbu Mansur Hadi ölkədən qaçaraq Səudiyyə Ərəbistanında gizlənib. Bu ilin martında isə Səudiyyə Ərəbistanı koalisiyası husilərə hava zərbələri endirməyə başlayıb. Teqlər : #Yəməndə mübarək ayla əlaqədar atəşkəs elan edildi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru BMT: `Yəmənli heyətləri Cenevrəyə gətirməyə nail olduq` YUNİSEF Yəməndə uşaqların həlak olması barədə hesabat verdi
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'