Yəmənin cənubunda terrorçular məğlub oldu

Yəmən ordusu və xalq qüvvələri ölkənin cənub-qərbində əl-Qaidə və İŞİD terrorçularının bazasını tam olaraq nəzarət altına alıblar

Maide.az xəbər verir ki, Yəmən ordusu və xalq qüvvələri ötən gecə əl-Qaidə və İŞİD terrorçularının Təəz vilayətinin Əsifrə məntəqəsində yerləşən əsas bazasını ələ keçirib. 
 
Bu əməliyyat zamanı bir qrup terrorçu ölüb və yaralanıb. 
 
Digər tərəfdən Səudiyə Ərəbistanı qırıcıları Yəmənin Məarib vilayətində bir neçə məntəqəni bombardman ediblər. Bu hücumlar nəticəsində Məarib vilayətinin rabitə qülləsi tamamilə dağılıb. 
 
Asoşeyted Press xəbər agentliyi isə Birləşmiş Ərəb Əmirliklərinin Yəməndəki zabitlərindən olan Seyf Yusif Əhməd əl-Fəlasinin ölməsindən xəbər verib. 
 
BMT-nin İnsan Haqları Komissiyasının sözçüsü Robert Kolfil isə dünən, çərşənbə axşamı bildirib ki, 26 mart tarixindən başlanan Yəmənə qarşı hava hücumlarında indiyə kimi 1693 nəfər həlak olub, 3829 nəfər isə yaralanıb.

Google+ WhatsApp ok.ru