Yəmən qüvvələri Səudiyyə rejiminin bazasını partlatdı, 66 hərbiçi ölüb

Yəmənli qüvvələr sərhədə yaxın bölgədə Səudiyyə Ərəbistanın Əsir əyalətində Səudiyyə rejiminin hərbi bazasını partlatdı. 
Maide.az  Yəmən KİV-lərinə istinadən xəbər verir ki, Yəmənin xalq müqavimət qüvvələri və ordusnun topxanası ötən gün Səudiyyənin Əl-Eyş bazasına 11 raket zərbəsi endirib. Bu gün həmin hücumun təfərrüatı yayımlanıb. 
Məlumatda bildirilir ki, Yəmənli qüvvələr Səudiyyə Ərəbistan  ərazisinə girib və bazaya raket zərbəsi endirərək məhv edib. 
Alittihadpress xəbər portalının məlumatına görə, bazanın partladılması nəticəsində işğalçı Səudiyyə rejiminin 66 hərbiçisi ölüb və 299 hərbiçisi isə yaralanıb. 
Məlumata görə, Yəmənli qüvvələrin raket zərbəsindən sonra bazada olan hərbi silah-sursat və təyyarələrə ciddi ziayan dəyib. Şahidlərin bildirdiyinə görə, 8 saat bazadan partlayış səsləri eşidilib. 17 ədəd F-16 təyyarə məhv edilib, bir neçə vertalyot məhv edilib. Həmçinin partlayışlar nəticəsində iki Səudiyyəli zabit də həlak olub. /
 
 

Google+ WhatsApp ok.ru