Yəmən Ərəbistanın iki vilayətində hərbi əməliyyatları genişləndirib

Yəmən ordusu və milli qüvvələri Ərəbistanın əz-Zeb`ə, əl-Cəbəl əl-Əhmər, əs-Sedis hərbi bazalarını və bu ölkənin Nəcran vilayətində əş-Şərəfə rayonu istiqamətində yerləşən bazaları raket və artilleriya atəşinə tutub.
Maide.az xəbər verir ki, yəmənli mübarizlər Nəcran vilayətində əl-Məsfəq hərbi bazasını hədəfə alıb və Səud rejiminə məxsus bir hərbi texnikanı məhv ediblər.
Yəmən ordusunun raket bölmələri və milli qüvvələri habelə Ələb rayonunda əl-Cəvazat hərbi bazasını, Ərəbistanın Zəhran vilayətində isə əl-Kamirat əl-Hərariyə və əl-Mehzar bazalarına zərbələr endiriblər.
Eyni zamanda, Yəmən Müdafiə Nazirliyi bildirib ki, ölkənin ərəbistan ərazisində apardığı geniş əməliyyatların ilkin mərhələsində Səud rejiminin ən azı 30 mövqeyi və hərbi bazası ələ keçirilib.
Məlumata görə, yəmənlilər bu əməliyyat nəticəsində Ərəbistanın bir neçə hərbi bazalarının ətraflarını hədəfə alıb, ən azı 13 hərbi texnikanı ələ keçirməkdən başqa, onlarla digər texnikanı da sıradan çıxarmağa nail olublar.
Nəcran, Ceyzan və Əsir vilayətləri Yəmən ordusunun mühaasirəsində
Yəmən ordusunun sözcüsü General Şərəf Qalib Loğman dünən səudiyyəli işğalçılara qarşı geniş hərbi əməliyyatların ilk mərhələsinin başlamasını bildirərək, Ərəbistanın Nəcran, Ceyzan və Əsir vilayətlərində tezliklə əməliyyatların keçirilməsi mümkünlüyü haqda xəbər verib.
O qeyd edib: “Yəmənli qüvvələr Nəcran şəhərinin ətraf dağlarına nəzarəti ələ alıblar, və biz yalnız bu şəhərə daxil olmaq əmrini gözləyirik və əmr verilən kimi, İnşallah şəhəri işğalmılardan azad edəcəyik, çünki, əslində, Nəcran Yəmən aid bir şəhərdir”./
 

Google+ WhatsApp ok.ru