Yəmən ordusundan xəbərdarlıq

Yəmən ordusu atəşkəsin Səudiyyə Ərəbistanın başçılıq etdiyi təcavüzkarlar tərəfindən pozulmasının nəticələri haqda xəbərdarlıq edib.
 
Maide.az xəbər verir ki, Yəmənin Səba xəbər agentliyinin məlumatına görə, Yəmən ordusunun sözçüsü Şərəf Qalib Loğman bildirib ki, bu ölkənin ordu və xalq qüvvələri atəşkəsin pozulması və Yəmən xalqına qarşı hücumların artması qarşısında özlərini müdafiə edəcəklər.
 
Ş. Qalib Loğman əlavə edib ki,  Ərəbistanın başçılıq etdiyi təcavüzkar ölkələrin Yəmənə qarşı zalımcasına savaşı atəşkəsin bərqərarı ilə dayanmayıb, əksinə ötən iki gündə artıbdır. "Ötən saatlarda Ərəbistan qırıcıları mərkəzdə yerləşən Marəb vilayətinin Cədan bölgəsini və digər müxtəlif bölgələri bombalayıb".
 
Təcavüzkarların hərbi freqatları da Yəmənin qərb sahillərinə yaxınlaşaraq, Əlləhiyyə şəhərinə hücum ediblər.
 
Səudiyyə Ərəbistanın başçılıq etdiyi təcavüzkarların Yəmənə qarşı hücumlarının şiddətlənməsi elə bir halda davam edir ki, ötən çərşənbə axşamı günündən Yəməndə yeddi günlük müvəqqəti atəşkəs elan olunub. /
 

Google+ WhatsApp ok.ru