Yəməndə 250 Səudiyyə Ərəbistanı əsgəri öldürüldü

Yəməndə 250 Səudiyyə Ərəbistanı əsgəri öldürüldü

Eastnews.org-un verdiyi xəbərə görə, "Ənsarullah" hərəkatı, Yəmən ordusu və könüllü xalq qüvvələri tərəfindən atılan raketlə çox sayda Səudiyyə Ərəbistanı işğalçısının öldürüldüyü açıqlanıb.

Londonda yayımlanan "Ray əl Yovm" qəzeti dünən Yəmənin cənub-qərbində Taiz şəhərinin əl-Həcəf hərbi bazasının balistik raket ilə vurulduğunu iddia edib.

Balistik raket zərbəsi nəticəsində hərbi bazada olan 250 işğalçı əsgərin öldürüldüyü bildirilir.

Qeyd edək ki, Yəmənin paytaxtı Sənanın şimalı Səudiyyə Ərəbistanı tərəfindən vurulub. Nəticədə 15 nəfər mülki şəxs həlak olub, onlarla insan yaralanıb.

Google+ WhatsApp ok.ru