Yəməndə Səudiyyə rejimi əleyhinə geniş miqyaslı mitinq keçirilib

Yəməndə Səudiyyə rejimi əleyhinə geniş miqyaslı mitinq keçirilib

Yəmənin  Təaz şəhərində minlərlə yəmənli Səudiyyə rejiminin təcavüzünə qarşı mitinq keçirib. 
 
Maide.Az xəbər verir ki,  mitinq iştirakçıları  Səudiyyə rejiminin Yəmənə qarşı bir il yarımdan çox olan təcavüzünü və  dinc insanların  qətliamını pisləyiblər.
 
Etirazçılar Yəmənin işğal olunmasını pisləyib və işğalçılara qarşı səfərbərliyi tələb ediblər.
 
Etirazçılar Səudiyyə Ərəbistanına qarşı şüarlar səsləndirərək  təcavüzkar qüvvələrin Yəməndəki iştirakına qarşı olduqlarını bildiriblər.
 
Ərəbistan ABŞ-ın köməyi ilə regionun bəzi ərəb ölkələri ilə koalisiya quraraq 2015-ci il mart ayından Yəmənə irimiqyaslı hücumlara başlayıb. Məqsədi isə Yəmənin istefa vermiş fərari prezidenti Əbd Rəbbə Mənsur Hadini iqtidara qaytarmaq və bu ölkə şəhərlərinin təhlükəsizliyini təmin edən yəmənli inqilabçıları iqtidardan uzaqlaşdırmaqdır.
 
Bu təcavüz nəticəsində indiyə qədər minlərlə yəmənli, o cümlədən uşaq və qadın həlak olub və yaralanıb, on minlərlə nəfər didərgin düşüb və ölkənin infrastrukturuna çoxlu xəsarətlər dəyib. 
 
  
 

Google+ WhatsApp ok.ru