Yəmənli Hacı Əərəbistan Kralına salam vermədi - Video 16 Sentyabr 2016 01:00 Yəmən Sosial mediada paylaşılan videoda yəmənli hacının, Səudiyyə Ərəbistanı rejimi kralı ilə görüş zamanı hamıdan fərqli olaraq kral Salmana salam verməyib. Maide.az xəbər verir ki, Səudiyyə Ərəbistanı kralı, Həcc nümayəndə heyətləri və önəmli şəxsiyyətləri qəbulu zamanı gözlənilməz bir hadisə baş verib. Yəmənli bir zəvvar Səudiyyə kralını saymayaraq ona əl verib salamlaşmadan yanından keçib. Qeyd edək ki, Səudiyyə Ərəbistanı rejimi, ötən ildən bəri ABŞ-ın dəstəyi ilə Yəmənə hava əməliyyatları təşkil edir. Bu bombardmanlar nəticəsində yüzlərlə günahsız dinc Yəmən sakini dünyasını dəyişib. Hücumlar zamanı on minlərlə insan yaralanıb və yüz minlərlə yəmənli də qaçqın düşüb. Səudiyyə Ərəbistanı və koalisiya qüvvələrinin təşkil etdikləri hava hücumlarında, Yəmənin infrastrukturu, xəstəxanaları, məktəbləri və yaşayış mərkəzlərinin 80 faizi ziyan görüb. / Teqlər : #Yəmənli Hacı Əərəbistan Kralına salam vermədi Video, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yəmənli döyüşçülər Ərəbistana aid kəndi ələ keçirdilər Yəmən ordusu Səudiyyə rejiminə aid pilotsuz kəşfiyyat təyyarəsini vurdu - VİDEO
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'