Yəməndə vəba epidemiyası təhlükəsi getdikcə artır 01 Noyabr 2016 02:00 Yəmən Ümumdünya səhiyyə təşkilatının məlumatına görə, Yəməndə vəba xəstəliyi şübhəsi olan xəstələrin sayı 1400 nəfərə qədər artıb. Xəstəlik ötən həftə ölkənin paytaxtında Sənada yayılmağa başlayıb. Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, artıq 75 nəfərin bu xəstəliyə yoluxduğu təsdiqlənib. Hazırda təxminən 1400 nəfər şübhəli kimi nəzarətdə saxlanılır. Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi Ömər Saleh vurğulayıb ki, xəstəlik hələ yayılmayıb və epidemiya şəklini almayıb. Bununla belə Yəməndə 55 faiz xəstəxanaların və müalicə mərkəzlərinin işləmədiyini nəzərə alaraq ÜST nümayəndəsi vəbanın daha çox yayıla biləcəyindən narahatlığını ifadə edib. Xəstəliyə ilk yoluxma halları oktyabr ayının əvvəllərində ölkənin paytaxtı Sənanın ətrafında, məcburi köçkün düşərgələrində qeydə alınmışdır. Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə, 3 milyondan çox yəmənli təmiz içməli su əldə edə bilmir ki, bu da xəstəliyin yayılmasına gətirib çıxarır. DST-nin mətbuat katibi Tariq Yazareviç bildirmişdir ki, vəbaya yoluxma hallarının sayı artır. Oktyabrın 27-nə olan məlumata görə, həkimlər ölkənin 23 əyalətinin 10-da 1410 nəfərin vəbaya yoluxmasından şübhələnirlər. BMT-nin Uşaq Fondunun (UNİCEF) məlumatına görə, Yəməndə 7,5 milyon uşaq tibbi yardıma ehtiyac duyur, 370 min uşaq isə aclıq həddindədir. UNİCEF-in rəsmi nümayəndəsi Kristof Bulierak bildirmişdir ki, beş ildən az müddət ərzində təxminən 10 min uşaq pis tibbi yardım üzündən vəfat etmişdir. O əlavə etmişdir ki, səhiyyə sistemi dağılmışdır: 600 səhiyyə müəssisəsi işini dayandırmış, peyvəndləmə mərkəzlərinin 20 faizi bağlanmışdır. Teqlər : #Yəməndə vəba epidemiyası təhlükəsi getdikcə artır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Brüsseldə Ali Səud rejiminin cinayətləri pislənilib-FOTO Ayətullah Məkarim Şirazi: Bu gün Yəmən dünyanın sınaq meydanıdır
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'