Yəməndə vəba epidemiyası təhlükəsi

Yəməndə vəba epidemiyası təhlükəsi

Ümumdünya səhiyyə təşkilatının məlumatına görə, Yəməndə vəba xəstəliyi şübhəsi olan xəstələrin sayı 2070 nəfərə qədər artıb. 
 
Maide.Az Əl-Məyadin informasiya kanalına istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı Yəmən xəstəxanalarında dərman çatışmazlığının olduğunu açıqlayıb.
 
Ərəbistanın başçılıq etdiyi koalisiya tərəfindən ağır hücumlar və bombardmanlara məruz qalan yəmənlilər yeni bir bəlaya düçar olublar. Vəba sürətlə yayılır və indiyə kimi vəbaya yoluxduğu ehtimal edilən 2070 nəfərin xəstəxanaya yerləşdirildiyi və 67 yoluxma halının təsdiq edildiyi bildirilir. Dərman preparatlarının olmaması isə mühasirədə olan Yəmən xalqını ciddi fəlakət qarşısında qoyub. 
 
Paytax Sənada yerləşən Səbin xəstəxanasının laboratoriya bölməsinin müdiri Əməl Həsən Amir deyir: "Biz 24 saat xidmət göstərməyə hazır vəziyyətdəyik. Amma, götürülən nümunələrin analiz edilməsi üçün problemlə üzləşmişik və bu problemdə  lazımi təchizatların olmaması ilə bağlıdır. Biz, YUNİSEF-dən təqdim edilən nümunələri analiz etməsini istədik. Amma, indiyə kimi heç bir cavab ala bilməmişik."
 
Səbin xəstəxanasının həkimi Sadiq Cəvil isə deyir: "Bütün dünya bu qorxunc və yolxucu xəstəlikdən qorxur. O ki, qaldı yoxsul və mühasirədə olan Yəmənə, burda biz xəstələrə lazımi tibbi xidmətlər göstərməyə qadir deyilik. Çünki, nə dərman preparatları var, nə də təchizatlar."
 
 

Google+ WhatsApp ok.ru