Yəməndəki fəlakətin əsas mənbəyi ABŞ və Qərbin silahlarıdır

Yəməndəki fəlakətin əsas mənbəyi ABŞ və Qərbin silahlarıdır

-- Beynəlxalq Amnistiya Təşkilatı açıqladı

Beynəlxalq Amnistiya Təşkilatı (Amnesty International) ABŞ və Qərb dövlətlərinin Səudiyyə Ərəbistanın verdiyi silahlarla Yəmən xalqının zülm və təcavüzə məruz qaldığını açıqlayıb.
 
Maide.Az İRNA-ya istinadən xəbər verir ki, təşkilat Yəməndəki müharibənin əsas səbəbinin həmin silahlar olduğunu bildirib.
 
Təşkilatın Yaxın Şərq üzrə araşdırma direktoru Layn Maluf bildirib ki, S.Ərəbistanı liderliyindəki koalisiya qüvvələrini silahla təmin edən ölkələr arasında ABŞ, İngiltərə, Fransa, İspaniya və İtaliyanın olduğunu deyib:
 
“3 il ərzində 14 minə yaxın insan ölüb. Məktəblər, xəstəxanalar məhv edilib. Milyonlarla insan evindən didərgin düşüb. Hazırda minlərlə insan humanitar yardıma möhtacdır və ərzaq yoxluğu səbəbindən ölümlə üz-üzədir”.
 
Qeyd edək  ki, Səudiyyə Ərəbistanı rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələrinin 2015-ci ildən indiyədək Yəmənə amansız hücumları və təcavüzü nəticəsində ölkədə infrastruktur o cümlədən məktəblər və xəstəxanalar dağıdılıb.Səudiyyə rejiminin mühasirəsi nəticəsində Yəmənə huanitar yardımın əngəllənməsi səbəbindən kütləvi xəstəliklər hökm sürür. 3 milyon 400 min nəfərdən çox Yəmənli  evlərindən didərgin düşüb. 
 
 

Google+ WhatsApp ok.ru