Yəməndə aclıq çəkənlərə yardım üçün 4,2 milyard lazımdır - BMT

Yəməndə aclıq çəkənlərə yardım üçün 4,2 milyard lazımdır - BMT

BMT-nin Yəməndə 20 milyon ac insanı yedizdirməklə bağlı çağırışından sonra tələb olunan məbləğin cəmi 14 faizi toplanıb.
 
Maide.Az “Qafqazinfo”a istinadla  xəbər verir ki, BMT rəhbərinin rəsmi nümayəndəsi Farhan Xakın sözlərinə görə, məbləğin tamamlanması üçün 4,2 milyard dollara ehtiyac var. 
 
O  qeyd edib ki, təxminən 10 milyon insan aclığın bir addımlığındadır və BMT, o cümlədən tərəfdaşları bu insanlara yardım etmək və aclıq təhlükəsinin azaldılması üçün mümkün hər şeyi edirlər.
 
Qeyd edək ki, artıq 5 ildən çoxdur ki, Yəmən ABŞ və Sionist rejimin diktəsi ilə regionda Səudiyyə Ərəbistanının başçılığı altında yaradılmış koalisiya qüvvələrinin hücümlarına və təcavüzünə məruz qalır. Onsuz da humanitar vəziyyətin acınacaqlı olduğu Yəmən, bu hücumlardan sonra sosial partlayışın son həddinə çatıb.  Müharibə yolu ilə Yəmən xalqını təslim edə bilməyən Səud koalisiyası ABŞ-ın dəstəyi ilə Yəməni blokada şəraitində saxlayır.  
 
Bu müddət ərzində Səudiyyə Ərəbistanının  başçılıq etdiyi koalisiya qüvvələri Yəmənə 19 mindən artıq  hava hücumu təşkil edib.  60 mindən artıq  dinc sakin şəhid edilib.  20 milyondan artıq insan ərzaq yardımına möhtacdı. 18 milyon insan təmiz su içmə problemi iilə üz-üzədir
 %30 uşaqlar məktəblərə gedə bilmir.  3 milyon insan evlərini tərk etmək məcburiyyətində qalıb.
 

 

Google+ WhatsApp ok.ru