Yəmənlilər 63 işğalçı əsgəri öldürdülər

Yəmənlilər 63 işğalçı əsgəri öldürdülər

Yəmən ordusu və "Ənsarullah" hərəkatı son 72 saat ərzində Səudiyyə Ərəbistanına ağır zərbə vurub. 

 Buu barədə Yəmən Müdafiə Nazirliyi və "Ənasrullah" hərəkatı birgə məlumat yayıblar.   

Məlumatda bildirilib ki, son 3 gün ərzində 63 işğalçı əsgər məhv edilib. 

 Hərbi əməliyyatlar əsasən Səudiyyə Ərəbistanı ilə sərhəddə baş tutub.

Xatırladaq ki, 2015-ci ildən bu günə kimi Səudiyyə Ərəbistanı və müttəfiqləri Yəmənə təcavüz edir. Hərbi təcavüz nəticəsində on minlərlə insan həyatını itirib, milyonlarla insan xəstəliyə məhkum olub və məcburi köçkün vəziyyətinə düşüb. Səudiyyə və tərəfdaşları dəniz və havadan blokada şəraitində olan Yəmənə zəruri ərzaq və tibbi ləvazimatın daxil olmasına mane olur. Hazırda blokada nəticəsində milyonlarla yəmənli ağır şərtlər altında yaşamağa məcburdur. Buna baxmayaraq, yəmənlilər döyüş meydanında təcavüzkarlara qarşı mübarizəni davam etdirirlər.  /eastnews.org/
 

Google+ WhatsApp ok.ru